Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:51

«Dəvəçi işi» üzrə üçtərəfli apellyasiya şikayəti


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Təvəkkül İsmayılova ömürlük, Elnur İsmayılova 6, Elçin İsmayılova isə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Təvəkkül İsmayılova ömürlük, Elnur İsmayılova 6, Elçin İsmayılova isə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib
Sumqayıt Apellyasiya Məhkəməsində Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarının qətli ilə bağlı keçirilmiş məhkəmənin nəticəsindən narazı qalan tərəflərin apellyasiya şikayətlərinə baxılır.

Bu və digər cinayətlər törətməkdə təqsirləndirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə məhkum edilmiş Dəvəçi rayon Qələngah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları apellyasiya şikayətlərində göstəriblər ki, bacıların qətlində heç bir günahları yoxdur. Məhkəmə barələrində ədalətsiz hökm çıxarıb.

Zərərçəkənlər də şikayətlərində əsl qatillərin tapılması üçün hökmün ləğv edilməsini və işin yenidən ibtidai istintaqa qaytarılmasını tələb edirlər. Dövlət ittihamçısı isə hesab edir ki, əsl qatillər elə İsmayılov qardaşlarıdır. Prokurur apellyasiya protestində qardaşlar barədə çıxarılmış hökmün dəyişdirilməsini və onlara daha ağır cəza verilməsini tələb edir.

Nailə Məcidovanın meyiti 2007-ci il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. Reyhanə Məcidovanın meyiti isə indiyədək tapılmayıb. Bu və digər cinayətlərə görə, İsmayılov qardaşları Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirləndiriliblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Təvəkkül İsmayılova ömürlük, Elnur İsmayılova 6, Elçin İsmayılova isə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG