Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:21

20-dən çox mülkiyyətçi «Azəriqaz»ı ittiham edir


Mülkiyyətçilər «Azəriqaz»ın nümayəndələri ilə görüşdən sonra məhkəməyə müraciət etmək fikrindədirlər
20-dən çox xüsusi mülkiyyətçi iddia edir ki, «Azəriqaz» onların mülkiyyət hüququnu pozub. Həmin şəxslərdən biri, Əliman Məmmədov AzadlıqRdiosuna bildirib ki, Hacıqabul rayonu Rəncbər kəndi ərazisində onlara məxsus torpaqlarda qaz kəməri çəkilişi həyata keçirildiyi üçün bu il taxıl əkininə başlaya bilmirlər:

«25 nəfər mülkiyyətçiyə məxsus təxminən 60-70 hektar ərazidir. O ərazi torpaq islahatı ilə əlaqədar 1998-ci ildən bizim daimi mülkiyyətimizə verilib. Əlimizdə bunu təsdiqləyən dövlət aktı da var».

İndi həmin ərazidə dövlət əhəmiyyətli yeni bir layihə həyata keçirilir. Səngəçal terminalından Qazməmməd qaz kompressor stansiyasına kəmər inşa olunur.

Mülkiyyətçi deyir ki, artıq onların torpaqları müsadirə olunub. «Biz buna etiraz olaraq 25 nəfərin imzaçsı ilə ARDNŞ-ə məktub göndərmişik. «Azərqaz»dan isə deyirlər ki, həmin məktub Dövlət Neft Şirkətindən onlara ünvanlanacaq. Bundan sonra gəlib əraziyə baxış keçirəcəklər».

Əliman Məmmədovun sözlərinə görə, oktyabrda taxıl əkini başlanır. Ancaq artıq sentyabrın yarısı gedib, hələ heç şumlama işini də apara bilməyiblər. Rayon İcra hakmiyyətdən məsləhət görülüb ki, məhkəməyə müraciət etsinlər.

Mülkiyyətçilər «Azəriqaz»ın nümayəndələri ilə görüşdən sonra məhkəməyə müraciət etmək fikrindədirlər.

Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Nurməmməd Məmmədov isə deyir ki, həmin torpaqlar «Azəriqaz»a məxsusdur. Hazırda ərazidə yenidənqurma işləri aparılır 1975-ci ildən bu yana isə orada 5 kəmər tikilib istismara verilib.

«Ona görə də həmin ərazi – yəni kəmərlərin mühafizə zonası vətəndaşa pay torpağı kimi yox, mövsimi - dənli bitkilər əkilməsi üçün yalnız icarəyə verilə bilər. Əgər belədirsə, onlar icarə qaydası ilə bu torpaqları istifadə ediblər və edəcəklər. Buna heç bir irad da yoxdur.

İcarə qaydalarına görə isə hər hansı inşaat işinə başlamazdan əvvəl icra hakimiyyətinə xəbərdarlıq edilir ki, vətəndaş bu mövsüm əkin işləri apara bilməyəcək. «Azəriqaz» da bu addımı atıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG