Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:13

Polis gücləndirilmiş iş rejiminə keçirilir


Orta və ali təhsil müəssisələrinin qarşısında asayişin qorunması üçün polis naryadlarının sayı artırılacaq

Orta və ali təhsil müəssisələrinin qarşısında asayişin qorunması üçün polis naryadlarının sayı artırılacaq

Yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycan polisi sabah gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verib.

Ölkədə ictimai təhlükəsizliyin tam təmin olunacağını vurğulayan S. Gözəlov orta və ali təhsil müəssisələrinin qarşısında asayişin qorunması üçün polis naryadlarının sayının artırılacağını söyləyib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi də yeni dərs ilinin başlanması ilə əlaqədar ölkə ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 10-dan oktyabrın 10-dək keçiriləcək aylığın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimaiyyətin diqqətinin problemə yönəldilməsi, hərəkət iştirakçıları arasında intizamın möhkəmləndirilməsi, habelə məktəblilərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsindən ibarətdir.

DİN rəhbərliyi aylıq ərzində bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməklə uşaq və gənclərə bu sahədə nümunə olmağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG