Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

ABŞ rəsmiləri Dalay Lamayla görüşüb


Ağ Evin müşaviri Valeri Jaretin rəhbərlik etdiyi 3 ABŞ rəsmisi Tibetin lideri Dalay Lama ilə görüşüb. Görüş Dalay Lamanın gələn ay Amerikaya səfəri ərəfəsində baş tutub.

Tibetin mühacirət hökumətinin yerləşdiyi Hindistanın Daramşala adlı ərazisində keçirilən iki saatlıq görüş haqda əlavə məlumat verilmir.

Bu, 2008-ci ilin martında Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Dalay Lama ilə görüşündən sonra yüksək səviyyəli ABŞ rəsmilərinin Tibet lideri ilə ilk görüşüdür.


Günün bütün mövzuları

XS
SM
MD
LG