Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

İranda müxalifətçilərin növbəti məhkəməsi başlanıb


Bu gün İranda həbsdə olan müxalifətçilərin növbəti məhkəmə prosesi başlayıb. Qiyama təhrikdə ittiham olunan 6 nəfər, o cümlədən tanınmış tələbə fəallarından olan Abdulla Momeni bu gün Tehran İnqilab məhkəməsinə çıxarılıb. Eyni ittihamla məşhur islahatçılar və sabiq vəzifəli şəxslər də daxil olmaqla100-dən artıq şəxsə qarşı cinayət işi qaldırılıb.

Müxalifətçilər 12 iyun mübahisəli prezident seçkilərindən sonra keçirilmiş etiraz nümayişləri zamanı həbs olunub.
XS
SM
MD
LG