Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:32

Yerevanda Azərbaycanın himni səslənib


Yerevanda gənclər arasında cüdo üzrə Avropa Çempionatı sentyabrın 11-də başlamışdı

Yerevanda gənclər arasında cüdo üzrə Avropa Çempionatı sentyabrın 11-də başlamışdı

Yerevanda cüdo üzrə gənclər arasında keçirilən Avropa Çempionatında Azərbaycanın himni səslənib, bayrağı dalğalanıb. Azərbaycanlı cüdoçu Elmar Qasımov cəmi bir neçə saniyəyə rəqibinin üzərində təmiz qələbə çalaraq qızıl medala sahib olub. O, çexiyalı Lukaş Krpaleki məğlub edib.

Beləliklə, Yerevana gedən 5 azərbaycalı cüdoçu elə 5 medalla vətənə dönür. Onlardan biri qızıl, biri gümüş əyarlıdır. Digərləri isə bürünc medallardır.

Bundan əvvəl İlqar Muşkiyev gümüş, Fəqan Eminoğlu, Ramin Qurbanov və Rasim Əsədullayev isə bürünc medala layiq görülüb.

Yerevanda gənclər arasında cüdo üzrə Avropa Çempionatı sentyabrın 11-də başlamışdı.

ANS

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG