Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:59

İranda müxalifətçilərin növbəti məhkəməsi başlayır


Sabah İranda həbsdə olan müxalifətçilərin növbəti-beşinci məhkəməsi başlayacaq.

Rəsmi İRNA agentliyinin məlumatına görə sabahkı prosesə bir neçə yerli jurnalist də buraxılacaq.

Amma bu xarici media orqanlarına aid deyil.

İndiyədək məhkəməyə tanınmış islahatçı xadimlər, Britaniya və Fransa səfirliklərinin yerli əməkdaşları da daxil olmaqla təxminən 140 etirazçı cəlb olunub.

Onların hamısı 12 iyun mübahisəli prezident seçkilərindən sonra keçirilmiş etiraz nümayişləri zamanı həbs olunublar.

XS
SM
MD
LG