Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Rusiyayla Türkmənistan ilkin razılığa gəliblər


Rusiyayla Türkmənistan Rusiyaya qaz verilməsinin bərpasıyla bağlı texniki məsələləri yoluna qoyublar.

Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov Türkmənbaşı şəhərində rusiyalı həmkarı Dimitri Medvedevlə görüşdə bildirib.

Amma görüşdə bunun konkret vaxtı müzakirə olunmayıb.

Bu ilin aprelində kəmərdə partlayış baş verdiyinə görə Türkmənistan Rusiyaya qaz verilməsini dayandırmışdı.

Rusiya agentliklərinin məlumatına görə tərəflər həmçinin bu gün Xəzərin Türkmənistana aid hissəsindəki zəngin neft və qaz bloklarından birinin istismarı və bölünməsiylə bağlı razılaşma imzalayıblar.
XS
SM
MD
LG