Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:22

Elton Con ukraynalı oğlanı övladlığa götürmək istəyir


Elton Con əmin deyil ki, hüquqi baxımdan Levi övladlığa götürə biləcək, ya yox

Elton Con əmin deyil ki, hüquqi baxımdan Levi övladlığa götürə biləcək, ya yox

İngilis müğənni Elton Con deyib ki, 14 yaşlı ukraynalı oğlanı övladlığa götürmək istəyir.

Son sentyabrın 12-də Ukraynada, Donetskdə uşaq evinə baş çəkib, səfərdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, 14 yaşlı Lev onun ürəyini oğurlayıb.

Amma müğənni əmin deyil ki, hüquqi baxımdan Levi övladlığa götürə biləcək, ya yox.

Elton Con Ukraynadakı uşaq evinə özünün QİÇS əleyhinə xeyriyyəçilik tədbirləri çərçivəsində gedib.

Məlumatlara görə, Ukraynanın uşaq evlərindəki əksər uşaqların valideynləri QİÇS-dən ölüb.

Ukrayna QİÇS-ə yol açan İİV –in yayılma sürətinə görə Avropada birincilər siyahısındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG