Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

«Azərbaycanda demokratiya geriləməliydi…»


Leyla Əliyeva və Məmməd Süleymanov

Leyla Əliyeva və Məmməd Süleymanov

«Azərbaycanda demokratiya geriləməliydi…»

Bunu «Panorama» verilişində politoloq Leyla Əliyeva deyir:

«Çünki sovet dövründən qalma kommunist nomenklatura ölkənin zəngin neft gəlirlərini öz monopoliyasına keçirmək istəyirdi».

Leyla Əliyeva deyir ki, 11 sentyabr hadisələrindən sonra anti-terror koalisiyasına daxil olmaqla Azərbaycanda demokratik islahatlar ikinci plana keçdi:

«Əslində, bu elə ABŞ-ın siyasətində də belə idi. Sadəcə, Azərbaycanda vəziyyətdən istifadə edilərək demokratiya boğuldu. Ancaq mən Azərbaycanda demokratiyanın geriləməsini təkcə xarici amillə izah etməzdim. Sadəcə, xarici amil tamamlayıcı rol oynadı. Əsas məsələ odur ki, Azərbaycanın özündə zəngin neft gəlirlərini mənimsəmək istəyi meydana çıxmışdı. Güclü vətəndaş cəmiyyəti institutları olmadığından bu prosesin qarşısı alınmadı».

Leyla Əliyeva Azərbaycanda demokratik mübarizənin səmərəsiz qalmasını da həm daxili, həm də xarici amillərlə izah edir:

«Xalq tək yerli hakimiyyətə yox, həm də xaricdəki onların müttəfiqlərinə qarşı durmalıdır. Çünki neft amili transmilli maraqlardan keçir. Bir də ki, Qərb daha çox güclülərlə əməkdaşlıq edir. Bu, həm daha az risklidir, həm də az resurslardan istifadə etməyə imkan yaradır. Ancaq mən bunun sona çatacağını düşünürəm. Ən kiçik xalq əzmkar mübarizə aparmaqla öz istəyinə çatıb».

Jurnalist Məmməd Süleymanov isə düşünür ki, Azərbaycanda heç əvvəllər də demokratiya olmayıb. Məmməd Süleymanov başqa bir «11 sentyabr» hadisələrinə diqqət çəkir - 1973-cü ildə Çilidə Salvador Alyendenin devrilib general Pinoçetin hakimiyyətə gəlməsinə.

Məmməd Süleymanov deyir ki, 2001 il sentyabrın 11-nə qədər ABŞ hər bir ölkədə daxili qüvvələrdən istifadə etməklə öz maraqlarına çatmaq istəyirdi. Elə Çilidə, İndoneziyada da belə oldu. 2001-ci ildən sonra isə bunu açıq həyata keçirməyə başladı.

Məmməd Süleymanov Salvador Alyendenin devrilməsi ilə Əbülfəz Elçibəyin devrilməsi arasında paralellər aparır:

«Bir çox fərqli cəhətlərə baxmayaraq, oxşarlıqlar da var idi. Hər iki halda qanuni hakimiyyət devrilmişdi. Ancaq Salvador Alyende öz iqamətgahında qalaraq axıra qədər döyüşdü. Başında kaska, bədənində 13-17 güllə. Onun da öz Kələkisi ola bilərdi. Ancaq o, bunu istəmədi. Onun ölümü, onun mübarizəsinin məntiqi sonluğu idi…».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG