Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

İran Xəzəryanı ölkələrin Aktau toplantısına rəsmi etiraz bildirib


Manuçöhr Mottaki
İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı onun iştirakı olmadan keçirilən müzakirələrə rəsmi olaraq etiraz edib.

İranın xarici işlər naziri Manuçöhr Mottaki Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanın Tehrandakı səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq yığıncaqla bağlı etirazlarını çatdırıb.

İranlı nazir tərəflərdən birinin və ya bir neçəsinin iştirakı olmadan məsələnin həllinin qeyri-mümkünlüyünü vurğulayıb, əksinə, bunun daha ciddi problemlərə səbəb ola biləcəyini söyləyib.

Sentyabrın 11-də Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya prezidentlərinin iştirakı ilə Aktauda görüş keçirilib. Danışıqlar qeyri-rəsmi xarakter daşıyıb. Görüş iştirakçıları da İranın iştirakı olmadan Xəzərin statusuna dair məsələnin müzakirəsini düzgün saymayıb, başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Şərhləri göstər

XS
SM
MD
LG