Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

«Əsrin müqaviləsi»nin 15 illiyi qeyd olunacaq


«Əsrin müqaviləsi»nin imzalanmasının 15 illik yubileyi sentyabrın15-dən qeyd olunmağa başlayacaq.

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andres Pibalqs-ın Azərbaycana səfəri də məhz həmin vaxta – sentyabrın 15-nə təsadüf edir. Bu barədə AzadlıqRadiosuna Dövlət Neft şirkətindən məlumat verilib.

«Əsrin müqaviləsi» 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti və 11 xarici neft şirkəti saziş imzalayıblar.

«Əsrin müqaviləsi» Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri»-«Çıraq»-«Günəşli» neft yataqlarının birgə işlənməsini nəzərdə tutur. İndi bu yataqlardan sutkada 700 min barel neft çıxır. Yaxın vaxtlarda hasilatın 1 milyon barelə çatdırılması planlaşdırılır.

Nefti Avropa bazarına Bakı-Tbilisi –Ceyhan əsas ixrac neft kəməri çıxarır. Bu layihə regionun ən böyük layihəsi sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG