Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

Elmar Məmmədyarov ABŞ-a gedəcək



Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 21-dən 27-dək ABŞ-da səfərdə olacaq.

O, BMT Baş Məclisinin Nyu-Yorkda keçiriləcək 64-cü sessiyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatına görə E. Məmmədyarovun Baş Məclisdə çıxışı, eləcə də xarici həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

BMT Baş Məclisi çərçivəsində GUAM-ın üzvü olan ölkələrin XİN rəhbərlərinin növbəti iclasının, «GUAM+ABŞ», «GUAM+Yaponiya» və «GUAM+Polşa» formatında görüşlərin keçiriləcəyi gözlənilir.

BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilib. /AzerTac/
XS
SM
MD
LG