Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:46

Qarabağ haqqında yeni internet sayt açılıb


Sentyabrın 11-də www.karabakhblog.com internet saytının təqdimat mərasimi keçirilib.

Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Humanitar Tədqiqatlar Cəmiyyətinin təşkilatçılığı ilə «Dağlıq Qarabağ haqqında internet blokunun yaradılması və informasiya strategiyasının hazırlanması» layihəsi çərçivəsində yaradılıb.

Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş internet saytda Dağlıq Qarabağın tarixi və mədəniyyəti haqqında məlumatlar, fotoşəkillər, videoyazılar əks olunub.

Dağlıq Qarabağdan olan məşhur insanların həyat və fəaliyyətini əks etdirən materiallar, videoyazıların da yerləşdiriləcəyi bildirilir.

/AzerTac/
XS
SM
MD
LG