Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Azərbaycanda bir gündə iki intihar hadisəsi baş verib


Azərbaycanda bir gündə iki ruhi xəstə özünü öldürüb.

Rayonun Yeni Ramanı qəsəbə sakini, 1966-cı il təvəllüdlü Qazıəhməd Həmidov özünü yaşadığı evin hamamında asıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.

Növbəti intihar hadisəsi isə Göygöl rayonunda baş verib. Rayonun Quşqara kənd sakini, 1978-ci il təvəllüdlü Aqşin Həsənov özünü yaşadığı evin tavanından asıb.

İntihar edən hər iki şəxsin ruhi xəstə olduğu bildirilir.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG