«Xəzəryanı dövlətlərin Tehranda keçirilmiş axırıncı sammitində qərara alındığı kimi, növbəti sammiti Bakıda keçirməyə hazırlaşırıq». Bunu Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın Aktau şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Rusiya prezidenti Dmitri Medvedevin və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşdə deyib. «Əlbəttə, istərdik ki, biz Bakıda keçiriləcək sammitə konkret qərarlarla gedək. Elə edək ki, bu sammit də Tehran sammiti kimi irəliyə doğru böyük bir addım olsun. Tehran sammitinin qərarları çox vacibdir və əminəm ki, həmin qərarların həyata keçirilməsi nəticəsində Xəzər dənizinin delimitasiyası məsələləri dostluq, mehriban qonşuluq zəminində uğurla həll ediləcək. Bu gün ölkələrimiz arasında başqa sahələrdə də mövcud olan məsələləri müzakirə etmək üçün, sadəcə yaxşı imkan yaranıb», - deyə İlham Əliyev bildirib. Sentyabrın 11-də Qazaxıstana səfərini başa vuran Azərbaycan prezidenti axşam Bakıya qayıdıb. |
Azadlıq Trend
1
'Rusiya ordusunun Cənubi Qafqazda sülhə töhfə verdiyini görməmişik' – Dövlət Departamenti
2Akif Çovdarovun 30 milyon manatlıq əmlakına dair yeni qərar: 9 il davam edən çəkişmə bitdi
3AzadlıqRadiosunda iş imkanları
4Elmar Məmmədyarov: 'Yəqin ki, bu alınmadı və qərar bölgəni tərk etmələri oldu'
5Paşinyan: 'Mən özümü Ermənistan Respublikası naminə qurban verirəm'
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.