Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

"Daha prezident seçkisi keçirməyə ehtiyac yoxdur”


Kazaxıstanda prezident aparatından məlumat veriblər ki, Nursultan Nazarbayevin ömürlük prezident olması üçün təkliflər var.

Nazarbayevin rəsmi saytında onun ölkənin Aqtobe regionuna səfəri barədə məlumat yerləşdirilib. Məlumatda həmin əyalətdə yaşayan tarix professoru Zakratdin Baidosovdan belə bir sitat gətirilir:

“Camaat həmişə sizə səs verir. Belə fikirləşifirk ki, gələcəkdə prezident seçkisi keçirməyə ehtiyac yoxdur. Siz həmişə Qazaxıstana rəhbərlik etməlisiniz. Bunun üçün Konstitusiyaya əlavələr olunmalıdır.”

Müxalifətin qəzeti olan “Respublika” yazır ki, Nazarbayevin ömürlük prezident olması barədə qanun layihəsi bu ay parlamentdə müzakirəyə çıxarıla bilər.

Artıq 20 ildir ki, Qazaxıstana Nursultan Nazarbayev rəhbərlik edir. 2007-ci ilin mayında qəbul olunan qanun ona istədiyi qədər prezidentliyə namizəd olmağa imkan verir.

Qazaxıstanda növbəti prezident seçkisi 2012-ci ildə keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG