Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21

Putin Opeli almağı Avropaya doğru ilk addım adlandırır


Rusiyanın baş naziri Vladimir Putin bildirib ki, Opel şirkətini Kanada-Rusiya şirkətinin alması Avropaya inteqrasiyanın ilk addımlarındandır.

Dünən General Motors elan edib ki, Opelin əsas hissəsini Kanadanın avtomobil hissələri istehsal edən Magna şirkətinə satır. Maliyyəçi isə Rusiya bankı Sberbankdır.

General Motors Almaniya avtomobil markası Opeli Magna və Bserbanka satmağa tərəddüd edirdi. Qeyd edirdi ki, Rusiya avtomobil şirkəti GAZ-ın əlində Opelin texnologiyaları aşağı düşəcək. Sberbank bildirir ki, onun texnologiya sahəsində tərəfdaşı GAZ-dır.

Günün bütün mövzuları

XS
SM
MD
LG