Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:09

Avrovizonun Nəzarət qrupu Azərbaycanın məsələsinə baxır


Bu haqda Avrovizion musqiqi müsabiqəsinin nümayənədləri xəbər verib.

Sentyabrın 11-də 2010-cü ilin finalınının keçiriləcəyi Telenor Arena binasına baxış keçirmək üçün Osloya toplaşan Avrovizion Nəzarət qrupunun üzvləri bir sıra cari məsəslər arasında Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti də müzakirə edəcək.

Xəbər verildiyi kimi Moskva finalindan sonra Ermənistan iştirakçılarına səs verən Rövşən Nəsirli MTN-ə çağırıldığını demişdi. MTN onun dediklərini təkzib etsə də Avrovision müsabiqəsini təşkil edən Avropa Yayım Birliyi bəyan etmişdi ki, məsələni ətraflı araşdıracaq.

Bu gün Osloda keçirilən mətbuat konfransında sabaha qədər Azərbaycanla bağlı qərarın veriləcəyi bildirildi.

XS
SM
MD
LG