Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:12

Prezident ömürlük həbs cəzasına məhkum edildi


Tayvanın sabiq prezidenti Çen Şui-ban ömürlük həbs cəzasına məhkum edilib. O, sentyabrın 11-də məhkəmənin qərarı ilə korrupsiyada günahkar bilinib.

Sabiq prezident bədxərclik, saxtakarlıq, rüşvət almaq və hakimiyyətdə olduğu dövrdə milyonlarla dollar məbləğində çirkli pulların yuyulmasında ittiham olunub.

Onun həyat yoldaşı da eyni cinayətlərdə günahlandırılıb və ömürlük həbs cəzası alıb.

Çen Şui-ban deyib ki, ona qarşı ittihamlar siyasi motivlidir. Tərəfdarları keçmiş prezidentin həbsinə səbəbin onun Çin əleyhinə fikirlərinin ola biləcəyini güman edir.

Çen Şui-ban 2000-2008 ci illərdə hakimiyyətdə olub. O, hakimiyyətə gələndə söz verib ki, Tayvanın de facto müstəqilliyini elan edəcək və korrupsiyaya son qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG