Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:33

«Hökumətlə dialoqa gəlmişəm»


Yan Mikallef
Yan Mikallef
Avropa Şurası Azərbaycan hökumətini yerli hakimiyyətlərə daha çox muxtariyyət verməyə, maliyyə ayırmağa çağırır. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef Azərbaycana səfərindən əvvəl AzadlıqRadiosuna müsahibəsində belə deyib:

«Bu, mənim Azərbaycan rəsmiləri ilə dialoqlarda çatdırmaq istədiyi əsas mesajdır. Çünki mövcud vəziyyətlə bağlı narahatlığı ifadə etməkdənsə, hakimiyyətlə dialoqu davam etdirmək cəhdi daha faydalı olar. Ona görə də qərara gəldim ki, Azərbaycan rəsmilərinə dialoq üçün müraciət edim, onlarla üzbəsurət danışım. Məqsədim onlara bunu izah etməkdir - yerli və regional səviyyədə demokratiya - ölkə səviyyəsində demokratiyanı tamamlayır».

Yan Mikallef bu gündən Bakıda rəsmilərlə görüşlərə başlayır.

O, dünəndən Azərbaycandadır, səfəri sentyabrın 14-ə kimi davam edəcək. Mikallef səfərin nəticələri bağlı hesabat hazırlayıb Konqresə təqdim edəcək.
XS
SM
MD
LG