Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

Yerevanda Cüdo Çempionatına start verilib


Sentyabrın 11-də Yerevanda Gənclər arasında Cüdo üzrə Avropa Çempionatı start götürüb. Mübarizəyə başlayan azərbacyanlı cüdoçu Fəqan Eminoğlu (66 kq) ilk görüşündə estoniyalı Evert Roopsona qalib gələrək 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə «ANS TV» məlumat yayıb.

Digər azərbaycan təmsilçiləri İlqar Muşkiyev (55 kq) və Rasim Əsədullayev (60 kq) mübarizəyə birbaşa 1/8 final mərhələsindən başlayacaqlar.

Gənclər arasında Avropa Çempionatı sentyabrın 13-dək davam edəcək.
XS
SM
MD
LG