Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

Dmitri Medvedev: «Rusiyada demokratiya zəifdir»


Rusiya prezidenti Dmitri Medvedev Rusiya demokratiyasını «zəif», iqtisadiyyatını isə «səmərəsiz» adlandırıb. Gazeta.ru portalında Medvedevin növbəti 10 illikdə Rusiyanın gələcəyi ilə bağlı baxışları dərc olunub.

Rusiya prezidenti ölkə üçün ən çətin problemin iqtisadiyyatın modernləşməsi, korrupsiya ilə mübarizə və dövlət himayəsinin ləğvi ilə bağlı olduğunu deyib.

Medvedevə görə digər mürəkkəb məsələ isə «neqativ demokratik meyllər və qeyri-stabil Qafqaz»dır.

Rusiya prezidenti deyib ki, güclü demokratiya Rusiyaya istədiyi siyasi və iqtisadi çeviklikliyi verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG