Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

"Lukoyl"u bahalaşmada günahlandırırlar


Rusiyanın Federal Antiinhisar Xidməti bildirib ki, “Lukoyl” şirkəti özünün enerji bazarındakı dominant rolundan sui-istifadə edərək antimonopoliya qanunlarını pozub.

Əslən azərbaycanlı olan Rusiya milyarderi Vahid Ələkbərova məxsus şirkəti 2009-cu ilin birinci yarısında süni şəkildə yanacaq qiymətlərini qaldırmaqda günahlandırırlar.

Antiinhisar Xidməti iddia edir ki, şirkət dövriyyədən böyük həcmdə neft məhsullarını çıxarmaqla süni qıtlıq yaradıb və qiymətlərin qalxmasına təkan verib. Bu isə başqa şirkətlərin və istehlakçıların hüquqlarını pozub.
XS
SM
MD
LG