Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

«Azərbaycan və Suriyada sülalə rejimi bərqərar olub»


İlham Əliyev Suriya prezidenti Bəşər əl-Əsədi qəbul edir, 9 iyul 2009
İlham Əliyev Suriya prezidenti Bəşər əl-Əsədi qəbul edir, 9 iyul 2009
Bu payız BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasına toplaşacaq dövlət başçıları arasında uzun illərdir hakimiyyətdə qalan və fərqli düşüncəyə dözümsüz yanaşan liderlər də olacaq.

«İnternational Herald Tribune» qəzeti yazır ki, Müammar Qəddafinin sessiyanın açılış mərasimində danışmaq imtiyazı olacaq. Düz 40 il əvvəlin bu ayında gənc ordu kapitanı Qəddafi Liviya kralı İdrisi devirib. İndi 67 yaşında olan Qəddafi Riçard Niksonun ilk prezidentliyi dövründə hakimiyyətə gəlib.

«HAKİMİYYƏTDƏ QALMASI BİR SİYASİ MARAQ OLSA DA, BAHA BAŞA GƏLİR»

BMT Baş Assambleyasında günorta saatlarında isə Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianq Nquema Mbasoqo çıxış edəcək. Bu ölkə prezidenti Cim Karterin administrasiyası dövründən hakimiyyətdədir, özü də Liviya prezidentindən 2 yaş böyükdür. Ekvatorial Qvineya prezidenti hakimiyyəti Fransisko Masias Nguemanı devirib, edam etməklə, 1979-cu ildə ələ keçirib.

Liviya və Qvineya prezidentlərinin hakimiyyətdə qalması bir siyasi maraq olsa da, baha başa gəlir.

Yazının müəllifi Kristofer Uolker qeyd edir ki, zəngin təbii ehtiyatlarına baxmayaraq, hər iki ölkə yoxsulluq içindədir. Bu ölkələrdə mövcud qurumlar, qanunlar sadə xalqın tələblərini yerinə yetirmək iqtidarında deyil. Bu iki nümunə bənzərsizdir.

İllər boyunca hakimiyyətdə qalan rəhbərlərin siyahısı isə daha uzundur. Bu siyahıdakı ölkələrin bəziləri dünyanın ən rəhmsiz və sərt dövlətləridir.

«İnternational Herald Tribune» qeyd edir ki, Kubada Kastro qardaşları 40 ildir ki, rəhbərlik eləməkdədir. Venesuelada prezident Uqo Çaves isə «hələlik» 10 ildir hakimiyyətdədir. Bu, 10 illik Çaves üçün həvəsləndirici ola bilər. Hələliksə Uqo Çaves bu ilin fevralında prezidentin müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını qələbə edib.

Kristofer Uolker
Keçmiş Sovet İttifaqının prezidentləri də uzunömürlü hakimiyyətləri ilə siyahıda təmsil olunmaqdadır. Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi. Bu siyahını başqa ölkələrin hesabına daha da uzatmaq olar. Misir, Anqola, Kamerun və Sudana qədər.

AZƏRBAYCAN VƏ SURİYADA SÜLALƏ REJİMİ BƏRQƏRAR OLUB

Yazıda deyilir ki, bu ölkələrin heç birində rəsmi monarxiya quruluşu olmasa da, bəzilərində sülalə rejimi bərqərar olub. Məsələn, Azərbaycan və Suriyada. Bu dövlətlərdə hakimiyyət atadan-oğula keçib. Misir və Liviya da daxil olmaqla, digərlərində də oxşar vərəsəlik nişanələri var.

Siyasi ənənələrinin, mədəniyyət və tarixin fərqli olmasına baxmayaraq, bu ölkələrin azı 2 oxşarlığı var: Siyasi özünü ifadənin və iştirakın sıxışdırılması.

«İnternational Herald Tribune» bildirir ki, bu dövlətlərdə siyasi təzyiq var və iqtisadi mənfəət ölkənin müəyyən bir çevrəsinə çatır. «Status kvo» tələb edənlər isə özlərini həbsdə, ya da daha pis şəkildə tapırlar.

Ömürlük liderlərin ölkəsində söhbət - mətbuat azadlığı və korrupsiyadan gedəndə vəziyyət daha da qəlizləşir, tutqun hal alır. «Freedom House»un söz azadlığı üzrə illik hesabatında bu quruluşlu 20 ölkənin hamısı «Azad olmayan» kimi qeyd olunub. Bu məsələ Misirə 56 ildir prezidentlik edən 81 yaşlı Hüsnü Mübarəkin nümunəsində daha qabarıq görünür. Misir 195 ölkə arasında söz azadlığına görə 128-ci yerdədir.

«BU QƏRARLARDAN ƏN ÇOX SADƏ XALQ ƏZİYYƏT ÇƏKMİŞ OLUR»

Korrupsiya ilə bağlı vəziyyət də oxşardır. «Transparency İnternational»ın araşdırdığı 180 ölkə arasında ömürlük prezidentlik olanlarda korrupsiya həddi daha yüksəkdir.

«İnternational Herald Tribune» yazır ki, bəzən belə fikirlər olur ki, avtoritar hakimiyyətlərdə siyasətin, iqtisadiyyatın, informasiyanın nəzarət altında olması ölkəyə sabitlik gətirir. Ancaq son nəticədə bu qərarlardan ən çox sadə xalq əziyyət çəkmiş olur.

Məsələn, Robert Muqabe idarəçiliyinin ilk dövründə güclü idarəçi kimi qiymətləndirilir, hesab olunurdu ki, Zimbabve xalqına xeyir verə biləcək. Ancaq üstündən 30 il keçib, Muqabe Zimbabveni yoxsulluq və səfalətə uğradıb.

İndi güclü rəhbər kimi Rusiyanın baş naziri Vladimir Putin qəbul olunur. Ötən il yerini Dmitri Medvedevə versə də, Putin baş nazir olaraq böyük təsir gücünü saxlamaqdadır.

Kristofer Uolker qeyd edir ki, rejimlərin alternativ siyasəti və müstəqil nəzarəti qəbul etməməsi o deməkdir ki, hökumətin bacarıqsızlığı yoxlanılmamış qalır. Hökumət siyasəti və insanların həyatını düzəldə biləcək ideyaları sıxışdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG