Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:29

Çinlilər kütləvi şəkildə İslamı qəbul edib


Səudiyyə Ərəbistanında 660 çinli fəhlə İslam dinini qəbul edib. Çinlilər Səudiyyə Ərəbistanına dəmiryol layihəsində işləməyə gəliblər.

İslamı qəbul mərasimini izləyən Məkkə qubernatorluğunun rəsmisi Əbdül Əziz əl-Xudhairi deyib ki, “bu, çinli miqrantların işə götürülməsinə etiraz edənlərə cavab kimi də anlaşıla bilər”.

Bəzi müsəlmanlar Qırmızı dəniz sahilindəki liman şəhəri olan Ciddəni müqəddəs şəhərlər Məkkə və Mədinə ilə birləşdirəcək yüksək sürətli qatarlar üçün dəmir yolunun tikintisinə qeyri-müsəlmanların cəlb edilməsinə qarşı çıxırdı.

Əl-Xudhairi deyib ki, onlar yüzlərlə etiraz məktubu da alıblar, məktublarda tikintinin müsəlmanlar tərəfindən aparılması tələb edilirdi.

Tikintidə ümumilikdə 5 minəcən çinli çalışır.
XS
SM
MD
LG