Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:49

Fransa bayrağı tərsinə asdığı üçün üzr istədi


Fransa rəsmiləri Litva bayrağını tərsinə asdıqları üçün bu ölkədən üzr istəyiblər. Hadisə iki ölkə prezidentlərinin ötən həftə keçirilən görüşündə baş verib.

Fransa tərəfinin üzrxahlığı barədə Litvanın xarici işlər naziri Usaskas məlumat verib - deyib ki, Fransa bu “hörmətsiz davranışa görə üzr üstəyib”

Bayrağın tərsinə asılmağı ənənəvi olaraq təslim olmağı ifadə edir.

Bu, rəsmi protokollara əməl olunan zaman Litva rəsmilərinin başına gələn yeganə olay deyil.

2008-ci ildə Çexiya və Litva yığmaları arasında oyundan əvvəl səhvən Latviyanın himni ifa edilmişdi. Çexiya Futbol Federasiyasının rəsmisi dərhal istefa vermişdi.
XS
SM
MD
LG