Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:36

Azərbaycanın iki nazirinin müqəvvası yandırıldı


Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü sentyabrın 10-da etiraz aksiyası keçirib. Təşkilatın qərargahı qarşısında keçirilən aksiyada Azərbaycanın gənc cüdoçularının Ermənistan paytaxtı Yerevanda keçirilən Avropa çempionatına qatılmasına etiraz bildirilib.

QAT üzvləri cüdoçuların Ermənistana getməsinə görə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla əmək və əhalinin sosial müdafiəsi naziri, Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovu xüsusilə suçlu sayıblar. Çünki bu nazirlər bir müddət əvvəl Yerevana gedərək Azərbaycan cüdoçularının Ermənistanda keçiriləcək çempionatda iştirakının təşkilati məsələlərini müzakirə ediblər və protokollar imzalayıblar. Nazirlərin səfəri zamanı Azərbaycan cüdoçularının təhlükəsizliyinə də təminat alınıb və nəticədə sentyabrın 8-də Azərbaycanın cüdo üzrə gənclər yığma komandası Ermənistana yola düşüb.

QAT-dan “Media forum” saytına verilən məlumata görə, sentyabrın 10-da keçirilən aksiyada etirazçılar hər iki nazirin – A.Rəhimovla F.Ələkbərovun müqəvvalarına od vurularaq yandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG