Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:52

Məhkəmə univeristetdən qovulan gəncin iddiasını təmin edib


Lənkəran rayon Məhkəməsi «Dalğa» Gənclər Hərəkatının cənub ofisinin rəhbəri Pərviz Əzimovun iddiasını təmin edib.

Pərviz Əzimov Lənkəran Dövlət Univeristetində (LDU) təhsilini davam etdirəcək. Məhkəmə 3 ay idi ki, davam edirdi.

Pərviz Əzimov Lənkəran Dövlət Univeristetinin sonuncu kursunu başa vurmağa 3 ay qalmış ali məktəbdən qovulmuşdu. O, univeristetin daxili nizam-intizam qaydalarını pozmaqda günahlandırılırdı.

Pərviz Əzimov isə LDU-da baş verən rüşvətxorluq halları barədə mətbuatda yazdığı məqalələrə görə univeristetdən qovulduğunu deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG