Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Əfqanlar NATO-nu tənqid edib


Əfqanıstanlı jurnalistlər beynəlxalq qüvvələri həmkarlarının ölümünə görə günahlandırıb.

Sultan Munadi sentyabrın 9-da Taliban yaraqlıları tərəfindən öldürülüb. Britaniyalı komandirin başçılıq etdiyi xilasetmə əməliyyatı zamanı New York Times qəzetinin müxbiri Stefen Farrel azad edilsə də, Munadi və daha iki dinc sakin ölüb.

Əfqanıstanın Media Klubu NATO hərbçilərini həm də Munadinin meyitini götümədiklərinə görə tənqid edib.

Taliban hər iki jurnalisti sentyabrın 5-də qaçırılmışdı.
XS
SM
MD
LG