Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:28

Döyülən sürücü


Bu videonu «Mobil reportyor»a videodakı «Kamaz» sürücüsünün hüquqlarını müdafiə edən şəxs təqdim edib. Videonu təsadüfən hadisə yerindən keçən adamlar çəkib.

Hadisə avqustun 4-də Dəvəçi yolunda baş verib. Bir neçə nəfərin döydüyü adam Xaçmaz rayon sakini Mehman Əmirquliyevdir. Onu döyənlər isə Nəqliyyat Nazirliyi «Yolların mühafizə xidməti» MMC-nin şimal bölməsinin əməkdaşlarıdır.

Sürücünün hüquqlarının müdafiəçisi - «Demokratiyanın İnkişafına Kömək» İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov deyir ki, müfəttişlər yaşadığı rayona mişar daşı aparan «Kamaz» sürücüsündən rüşvət tələb ediblər. O, isə bunu verməyəcəyini bildirib və yoluna davam edib.

Bundan sonra videodan göründüyü kimi, müfəttişlər onu təqib etməyə başlayıblar.

Hadisədən sonra sürücü ona edilən zorakılıq haqda Dəvəçi rayon Polis Şöbəsinə müraciət edib. Həmin müraciətdən sonra sürücünü döyən müfəttişlər yox, döyülmə nəticəsində ağır kəllə-beyin travması alan sürücü haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

V.İsgəndərov deyir ki, maşınları təqib etmək Nəqliyyat Nazirliyinin funksiyasına daxil olmayan bir məsələdir. Hansısa yük maşınını saxlamaq çox zəruridirsə, bu zaman Nəqliyyat Nazirliyinin müfəttişləri Yol Patrul Xidmətinə məlumat verməli idilər. Bu səbəbdən də V.İsgəndərov cinayət işini qanunsuz və əsasız sayır.

nömrəmiz (+420) 778 711 700

Çəkdiyiniz video və fotoları bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG