Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59

İraqda terror hücumunda azı 20 nəfər ölüb


İraqda sentyabrın 10-da səhər saatlarında terror hücumu zamanı azı 20 nəfər ölüb, onlarla yaralı var.

İntiharçı partlayıcı ilə yüklənmiş yük maşınını İraqın şimalındakı kürd kəndinə sürüb, azı 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

Polis deyib ki, daha bir partlayıcı olan maşın Vardak kəndində zərərsizləşdirilib.

Bu arada Bağdadın 30 kilometrliyində yerləşən Mahmudiyə şəhərində yolda yerləşdirilmiş 2 partlayıcının işə düşməsi ilə 1 nəfər ölüb, 10-a yaxın adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG