Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:56

«Barmek» prezidentinə 2 il iş istənildi


Dövlət ittihamçısı «Barmek» şirkətinin prezidenti Hüseyn Arabula 2 iş istəyib.

Sentyabrın 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H. Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror məhkəmədən Hüseyn Arabulun 2 il müddətinə, Türkiyə vətəndaşı Ayhan Dönməzin 1 il şərti olaraq, 4 Azərbaycan vətəndaşına isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Onlar sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar.

Proses sentyabrın 15-də davam etdiriləcək.

«Barmek-Azərbaycan» şirkətinin sabiq prezidenti Hüseyn Arabul 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib.

/APA/
XS
SM
MD
LG