Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

8 ayda yollarda 57 uşaq ölüb, 150 uşaqsa xəsarət alıb


Dövlət Yol Polisi İdarəsi sentyabrın 10-dan «Diqqət! Uşaqlar» adı altında təhlükəsizlik ayına başlayır.

Dövlət Yol Polisi İdarəsi sentyabrın 10-dan «Diqqət! Uşaqlar» adı altında təhlükəsizlik ayına başlayır. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidovun AzadlıqRadiosuna dediyinə görə, 2009-cu ilin 8 ayı ərzində yol qəzalarında 57 uşaq ölüb, 150 uşaqsa xəsarət alıb.

Ölənlərdən 24-ü, yaralananlardan 99 azyaşlılardır. Ərəstun Məcidov deyir ki, yay tətili dövründə yol-nəqliyyat hadisəsi zamanı 10 azyaşlının ölümü, 24-nün də xəsarət alması bilavasitə valideynlərin nəzarətsizliyi üzündən baş verib.

«Bir var uşaqları avtomobil tək vurub, bir də var valideynlər ilə birgə. Bu o deməkdir ki, valideyn öz uşağına pis nümunə göstərir».

Ərəstun Məcidov deyir ki, onlar bir ay müddətində uşaqların və valideynlərin maarifləndirilməsilə bağlı müxtəlif tədbirlər keçiriləcək.

«Bura orta məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı dərslərin keçirilməsi, televiziyalarda tez-tez elanların verilməsi və orta məktəblərə yaxın yerlərdə yol nişanları vurulması və s. kimi tədbirlər daxilidir. Məqsədimiz odur ki, heç olmasa ildə bir dəfə hamı uşaqları fikirləşin, onların ölümünə və yaralanmasına səbəb olan yol-nəqliyyat hadisələri baş verməsin».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG