Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:46

Obama səhiyyə islahatlarını qəbul etməyə çağırır


ABŞ prezidenti Barak Obama səhiyyə islahatlarını qəbul etməyə çağırıb.

Sentyabrın 9-da Konqresdə çıxış edən Obama deyib ki, bu «siyasi oyun məsələsi» deyil. Prezidentin sözlərinə görə islahatlar tibbi sığortası olanlara daha çox stabillik gətirəcək və olmayanlara isə sığortalanmaq imkanı verəcək.

Barak Obama bildirib ki, səhiyyə sistemində dəyişikliklərə 10 il ərzində 900 milyard dollar tələb olunacaq.

ABŞ-da hazırda təxminən 47 milyon insanın tibbi sığortası yoxdur.

Respublikaçılar «ictimai seçim» adı alan islahatların əleyhinədir, Obamanın aid olduğu Demokratların fikri isə haçalanıb.
XS
SM
MD
LG