Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:30

Həmid Kərzayi seçkinin ədalətli keçdiyini deyir


Əfqanıstan prezidenti Həmid Kərzayi ötən ay keçirilən seçkilərin ədalətli olduğunu deyib. Sentyabrın 9-da ölkənin seçki komissiyası səs vermənin ilkin nəticələrini açıqlayıb, nəticəyə görə Kərzayi 54 faiz səslə irəlidədir. Keçmiş Xarici İşlər naziri Abdulla Abdulla isə 28,3 faiz səs toplayıb.

Bununla belə komissiya seçkidə qanun pozuntularıyla bağlı «açıq və əsaslı» dəlillər tapdığını və səslərin bir hissəsinin yenidən sayılmasına göstəriş verdiyini deyib.

A. Abdulla bildirib ki, Kərzayinin tərəfdarları çoxlu sayda saxta seçki bülletenini qutulara atmağa cəhd edib.

Əfqanıstanda prezident seçkiləri avqustun 20-də keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG