Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:42

Təyyarə qaçıran keşiş (YENİLƏNİB)


Sentyabrın 9-da Meksikada sərnişin təyyarəsi cəmi bir nəfər tərəfindən qaçırılıb.

Mexikoda yerə enəndən bir qədər sonra sərnişinlər təyyarəni tərk ediblər.

Təhlükəsiz qüvvələrinin bir-neçə adamı əli qandallı aparması haqda xəbərlər daxil olandan sonra, Meksika rəsmiləri hadisənin bir nəfər tərəfində həyata keçirildiyini elan ediblər.

Xəbər verilir ki, 44-yaşlı bolivialı keşiş Jose Flores təyyarənin heyət üzvlərinə elan edib ki, əlindəki şirə qabının içində partlayıcı maddə var.

Meksikanın təhlükəsizlik naziri elan edib ki, J.Flores əvvəllər mühakimə olunub. Hərəkətlrəini allahın tapşırığının yerinə yetirilməsi ilə izah edir. Deyir ki, Meksika prezidentini xəbərdar etmək istəyib ki, ölkədə zələzələ gözlənilir.

J.Floresin təqvimdən qorxuya düşməsi də bildirilir. Sentyabrın 9-unda üç 9 rəqəmini üst-üstə düşür (ayın 9-u, 9-cu ay və 2009-cu il).



***

Meksikan

Meksika rəsmilərinin məlumatına əsasən təyyarədə 104 sərnişin var.

Yerli mətbuat xəbər verir ki, təyyarəni qaçıranlar 3 nəfərdi. Onlar ölkənin prezidenti Felipe Kalderonla görüş tələb edir, əks halda təyyarəni partladacaqlarını deyirlər.

Mexiko hava limanına xüsusi təyinatlı əsgəri qüvvələr göndərilib.

Kankun şəhəri Meksikanın populyar turist mərkəzlərindən biridir.

ın Cancun şəhərinin aeroportunda sərnişin təyyarəsi qaçırılıb. AeroMexico şirkətinə məxsus Boeng 737 təyyarəsi paytaxt Mexiko şəhərində yerə enib.
XS
SM
MD
LG