Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:28

Tehran Vaşinqtonun təklifini rədd etməməlidi


Tehran onun nüvə proqramının diplomatik həlliylə bağlı Vaşinqtonun təklifindən imtina eləməməlidi.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl Baradei təşkilatın direktorlar şurasının bu gün Vyanada keçirilən iclasında deyib.

Birləşmiş Ştatların agentlikdəki elçisi Qlin Devis bundan əvvəl deyib ki, Vaşinqton İranın uran zənginləşdirilməsi üzərində işi davam etdirməsindən narahatdı və Tehran yaxın vaxtlarda xeyli uran ehtiyatı əldə edə bilər.

Qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG