Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:21

Yunanıstan səfiri Vasif Talıbovla görüşüb


Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaxas sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Tanışlıq xarakteri daşıyan səfər iki gün davam edəcək.

Səfər çərçivəsində səfir Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüşdə tərəflər arasında təhsil, səhiyyə, turizm sahələrindəki iş imkanları müzakirə edilib.

İoannis Metaxas Naxçıvanın ali təhsil müəssisələrində görüşlər keçirəcək və bir sıra nazirliklərdə olacaq.
XS
SM
MD
LG