Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:19

Sığorta olunanlarla bağlı fərdi hesabatların qəbuluna başlanıb


Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığorta olunanlarla bağlı fərdi hesabatların qəbuluna başlayıb. Fondun sədr müavini Elman Mehdiyevin sözlərinə görə, işəgötürənlər üçün hər bir işçinin sığortasıyla bağlı fərdi hesabat aparılması məqsədilə proqram hazırlanıb. İşəgötürənlər bu proqramı Fondun saytından pulsuz əldə edə bilərlər.

Elman Mehdiyev deyir ki, artıq hər bir işçinin sığortasının vaxtlı-vaxtında köçürülməsinə nəzarət etmək imkanı olacaq. Sədr müavini hesab edir ki, fərdi uçot sisteminin təkmilləşdirilməsi işəgötürənlər üzərində ictimai nəzarəti də gücləndirəcək.

Artıq üç pilot rayonda proqram sınaqdan çıxarılıb və 600-dən çox müəssisə minlərlə işçinin fərdi hesabatını Fonda təqdim edib.

Fərdi uçot sistemində 1 milyon 500 mindən çox sığortaolunan var.

XS
SM
MD
LG