Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36

İsraillə Azərbaycan arasında razılıq əldə edildi


«AZAL» hava yollarına məxsus təyyarələrin İsrailə uçuşuna məhdudiyyət qoyulmayacaq.

Azal Hava yolları Dövlət Konsernindən «Azadlıqradiosuna» verilən məlumata görə, belə bir razılıq senytabrın 8-də Dövlət Konserninin prezidenti Cahangir Əsgərovla İsrailin Azərbaycandakı səfirliyində keçrilən görüşdə əldə olunub.

Konsernin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, Konsern prezidenti Azərbaycana təyyarə reysi açmaq istəyən İsrailin «Arkia» şirkətinin təhlükəsizliyinin tam təmin olunacağını bildirib.

Hələ iki ay əvvəl tərəflər Təl-Əviv–Bakı reysinin açılmaslıya bağlı danışıqlar aparmağa başlayıblar. Amma İsrailin «Arkia» aviaşirkəti bəyan edib ki, Heydər Əliyev hava limanında şirkətin təhlükəsizliyini özü qorumaq istəyir. Rəsmi Bakı isə hava limanının beynəlxalq standartlara uyğun qorunduğunu bildirib və qarşı tərəfin təklifilə razılaşmayıb. Qarşı buna cavab olaraq əvvəlcə avqustun, daha sonra isə sentyabrın 20-dən «AZAL»a məxsus təyyarə reyslərinin təxirə salınacağını bəyan edib.

Bəzi ölkə aeroportlarında İsrail aviaşirkətlərinin təhlükəsizliyini bu ölkənin öz təhlükəsizlik xidmətləri qoruyur.

Məhərrəm Səfərli deyir ki, indi İsrailin «Arkia» şirkəti istənilən vaxt Azərbaycana gələ bilər.

On ildən artıqdır Azərbaycanın «Azal» Hava Yolları Dövlət Konserni Bakı-Tələviv-Bakı marşrutu ilə reyslər həyata keçirməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG