Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Mikloş Haraşti rəsmilərlə görüşüb


Mikloş Haraştinin kitabının təqdimat mərasimi, Bakı, 8 sentyabr 2009
Mikloş Haraştinin kitabının təqdimat mərasimi, Bakı, 8 sentyabr 2009
Mikloş Haraşti Bakıya səfəri çərçivəsində sentyabrın 9-da Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, daha sonra isə Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşüb.

Xəbəri AzadlıqRadiosuna ATƏT-in Bakı ofisindən bildiriblər. Müzakirələrlə bağlı ətraflı informasiya Hraştinin sentyabrın 10-da keçirəcəyi mətbuat konfransında açıqlanacaq.

Sentyabrın 7-dən Azərbaycanda olan Mikloş Haraşti bu günə qədər KİV və jurnalist təşkilatları nümayəndələri, həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Görüş zamanı ATƏT nümayəndəsi jurnalistlərin saxlanma şəraiti və onların səhhəti ilə maraqlanıb.

Ötən gün isə onun «Mətbuatın özünü tənzimləməsinə dair bələdçi» kitabının Azərbaycan variantının təqdimatı keçirilib.

Mikloş Haraşti dəfələrlə Azərbaycan hakimiyyətini mətbuat azadlığının pozulması və jurnalistlərin təqib edilməsinə görə kəskin tənqid edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG