Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

Mikloş Haraşti ölkə rəsmiləri ilə görüşəcək


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin Azərbaycana səfəri davam edir. Sentyabrın 9-da onun rəsmilərlə görüşü nəzərdə tutulur. Amma onun kimlərlə görüşəcəyi barədə məlumatlar açıqlanmır. ATƏT-in Bakı ofisindən verilən məlumata görə, rəsmi şəxslərlə görüşlərin açıqlanmaması nəzərdə tutulan bəzi görüşlərin hələ tam təsdiqlənməməsi ilə bağlıdır.

Sentyabrın 7-dən Azərbaycanda olan Mikloş Haraşti bu günə qədər KİV və jurnalist təşkilatları nümayəndələri, həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Görüş zamanı ATƏT nümayəndəsi jurnalistlərin saxlanma şəraiti və onların səhhəti ilə maraqlanıb.

Ötən gün isə onun «Mətbuatın özünü tənzimləməsinə dair bələdçi» kitabının Azərbaycan variantının təqdimatı keçirilib.

Mikloş Haraşti dəfələrlə Azərbaycan hakimiyyətini mətbuat azadlığının pozulması və jurnalistlərin təqib edilməsinə görə kəskin tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG