Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:30

«New York Times»ın müxbiri sərbəst buraxıldı


«New-York Times» qəzetinin Əfqanıstanda oğurlanmış müxbiri azad edilib.

Britaniyalı Stefen Farrel və tərcüməçisi sentyabrın 5-də qaçırılmışdı. O, NATO-nun hava zərbəsi endirdiyi bölgəyə getməyə çalışırmış.

Qunduz vilayətinin Çar Dara rayonun rəsmisi deyib ki, jurnalist sübh tezdən NATO qoşunlarının reydləri zamanı azad edilib.

Ancaq tərcüməçinin taleyi ilə bağlı heç bir məlumat verməyib. Bununla belə yerli mətbuat şahidlərə istinadla tərcüməçinin taliblər tərəfində öldürüldüyünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG