Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:01

Azərbaycan «Doing Business-2010»a görə geriləyib


Azərbaycan Dünya Bankının «Doing Business-2010» hesabatında 5 pillə geriləyib. Ötən il islahatçı ölkələrin siyahısına başçılıq edən Azərbaycan bu il 33-dən 38-ci pilləyə düşüb.

Gürcüstan siyahıda 11, Ermənistan isə 43-cüdür.

Bu ilki hesabatda islahatçı ölkələr siyahısına Rvanda, Qırğızıstan, Makdeoniya, Belarus rəhbərlik edir.

Bu sahədə ən pis vəziyyət isə Mərkəzi Afrika ölkəsində, Konqo Demokratik Respublikasındadır.

Hesabat ilində 287 islahat qeydə alınıb, bu isə ötən illə müqayisədə 20 faiz artıqdır. İslahatların əksəriyyəti müəssisələrin yaradılması və istismarının asanlaşdırılması, mülkiyyət hüququnun möhkəmləndirilməsi, müflilisləşmə prosesinin təkmilləşməsi və kommersiya mübahisələrinin tənzimlənməsini əhatə edib.

Islahatların çoxu Qərbi Avropa və Mərkəzi Asiyada, o cümlədən Yaxın Şərq və Şimali Afrikada keçirilib.

«Doing Business-2010» hesabatı 183 ölkəni əhatə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG