Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

Prezidentin tapşırığına əsasən Bakı meriyası öz işi ilə məşğul olmur?


Sentyabrın 7-də dövlət başçısı İlham Əliyev Bakının mərkəzi avtomobil yollarında yenidənqurma və təmir-bərpa işləri ilə tanış olub.

İşin gedişi haqqında paytaxt İH başçısı Hacıbala Abutalıbov şəxsən məruzə edib. Bu barədə rəsmi məlumat bu işlərin mahiyyətinə aydınlıq gətirmədi, əksinə, çoxlu suallar doğurdu. «Turan» bu suallara müvafiq dövlət strukturlarında cavab tapa bilmədi.

Demə "Azeryolservis"in bildirdiyinin əksinə olaraq (TURAN-ın 28 avqust tarixli bülleteninə bax: "Hökumət yenidən neft pullarını Bakının mərkəzi küçələrinin təmirinə xərcləyir") paytaxtın küçələrində təmir plan üzrə deyil, "dövlət başçısının tövsiyə və tapşırığına müvafiq olaraq" aparılır. İşin sifarişçisi "Azeryolservis" ASC yox, Bakı ŞİH-dir. Yolların təmiri işini şəhər icra hakimiyyətinə dövlət başçısı tapşırıb. Maraqlıdır ki, paytaxtın mərkəzi hissəsinin avtomobil yolları "Azeryolservis" ASC-nin balansındadır. Başqa sözlə, paytaxt magistralının təmiri və saxlanması xərcləri dövlət büdcəsindən ayrılır. Amma prezident nədənsə təmiri NN-in strukturuna yox, yerli İH-ə tapşırıb.

Azad İqtisadiyyata Kömək Mərkəzinin direktoru Zöhrab İsmayıl Turan-a bildirib ki, Bakının mərkəzi küçələrinin təmiri İH-nin səlahiyyətinə daxil deyil. "Bakı yollarının təmirinə vəsait dövlət büdcəsində nəzərdə tutulan avtomobil yollarının məqsədli fondundan ayrılır. Amma bu vəsait yerli İH-ə yox, Nəqliyyat Nazirliyinə ayrılmalı idi", deyə ekspert bildirib.

Bakı ŞİH mətbuat xidmətində təmir işlərinin maliyyələşməsi ilə bağlı suallara cavab verə bilmədilər. "Azeryolservis" mətbuat xidmətində hesab edirlər ki, "yolu kimin təmir etməsi vacib deyil, əsas odur ki, yollar normal olsun".
XS
SM
MD
LG