Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:05

Amerikalı həkim Naxçıvanda pulsuz göz əməliyyatları keçirib


Həkim Sorgent əsasən imkansız ailələrdən olan 4 yaşından 17 yaşadək 20 uşaq üzərində əməliyyat aparılıb. «Xəzər qayğıkeşlik layihəsi» «World vision»la birgə həyata keçirdikləri bu tədbirdə Naxçıvan Muxtar Respublika Diaqnostika-Müalicə Mərkəzində 100-dən artıq göz xəstəliklərindən əziyyət çəkənlər müayinə edilib.

Göz xəstəliklərindən əziyyət çəkən MR sakinləri əməliyyat və müayinələr üçün İrana və Türkiyəyə getməyə məcbur olurlar.

Layihə üzrə menecer Əfsanə Dadaşovanın sözlərinə görə bu il ikinci dəfədir Naxçıvanda olurlar. Mart ayındakı səfər zamanı 12 göz xəstəsi üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Ə. Dadaşova bildirdi ki, bundan sonra da bölgədə bu cür xeyriyyə proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG