Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:32

Müəllimlərin yaş həddini hökumət müəyyən edəcək


«Müəllimlərin işləmək üçün tələb olunan yaş həddini müəyyən etməklə bağlı səlahiyyətlər hökumətə tapşırılıb». Təhsil naziri Misir Mərdanov deyib ki, təqaüd yaşına çatmış müəllimlərin hansı yaşda işdən uzaqlaşdırılması məsələsi hələ aydın deyil: «Çox güman ki, dünyanın müxtəlif ölkələrində bununla bağlı qərarlara, şərtlərə əsaslanıb bir meyar müəyyənləşdiriləcək».

Bununla belə nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində 65 yaşdan sonra insanların dövlət təhsil müəssisələrində işləmək hüququ yoxdur.

Onun sözlərinə görə, bu yaşdan sonra dövlət müəllimlərin normal yaşayışını da təmin etməlidir.

/AnsPress/

Günün bütün mövzuları

XS
SM
MD
LG