Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

Novruzəli Məmmədovun işi ilə bağlı prokurorluğa bir sıra materiallar verilib


Vəkil Ramiz Məmmədov sentyabrın 7-də Nizami Rayon Prokurorluğuna Novruzəli Məmmədovun işi ilə bağlı bir sıra materiallar təqdim edib. Bu barədə AzadlıqRadiosuna vəkilin özü məlumat verib:

«Mən onların nəzərinə çatdırdım ki, vaxtı ilə Novruzəli Məmmədovun həyatının təhlükədə olmasıyla bağlı məsələ qaldırmışam. Məhkəmənin qərarının olmasına baxmayaraq, cəza çəkdiyi müəssisənin rəhbərliyi uzun müddət onun müalicə və müayinəsini təmin etməyib».

Ramiz Məmmədov deyir ki, Nizami Rayon Prokurorluğu Novruzəli Məmmədovun ölümünün səbəblərini araşdırır. Ancaq hələ ki, yekun nəticə açıqlanmayıb.

Talış Mədəniyyət Mərkəzinin rəhbəri, «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov bu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib. O, xəstəxanaya iyulun son günlərində 15 saylı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsindən köçürülmüşdü.

2007-ci ilin fevralında həbs edilmiş Novruzəli Məmmədov 2008-ci il iyunun 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə dövlətə xəyanətdə - İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Xanımı Məryəm Məmmədova Novruzəli Məmmədovun qəsdən öldürüldüyünü bildirib və bu haqda Baş prokuror Zakir Qaralova müraciət edib. Ötən həftə Məryəm Məmmədova Bakının Nizami Rayon Prokurorluğunda ifadə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG