Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:32

Uqo Çaves barədə sənədli film çəkilib


Venesuella prezidenti Uqo Çaves Venesiyaya gedib, orada özü barəsində çəkilən sənədli filmin premyerasında iştirak edib. Çaves filmin rejissoru Oliver Stonla birgə Venesiya Film Festivalının qırmızı xalçası üzərindən keçərək, avtoqraf verib.

Rejissor deyib ki, onun filmi Cənubi Amerikada son illər gedən pozitiv dəyişikliklər və Amerika mətbuatının Uqo Çavesə qarşı əks hücumu barədədir.

Çaves isə öz növbəsində jurnalistlərə deyib ki, «Latın Amerikasında baş verənlər intibah dövrünə bənzəyir».
XS
SM
MD
LG